Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

image-1594893828_1560489471_ceyhun_bayramov_new_130718_03backend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu York şəhərinə yola düşüb.

Busaat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər zamanı Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki