“Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarı əsasında baş verir, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə deyib.
C.Bayramov bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğunu diqqətə çatdırıb. Bu çərçivədə BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırladılıb.
Bildirilib ki, Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatlar Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəlib.