Ceyhun Bayramov və Bağdad Amreyev arasında görüş keçirilib

Ceyhun Bayramov və Bağdad Amreyev arasında görüş keçirilibbackend

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Busaat.az-a verilən məlumata görə, Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğulayıb.

Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilənən birmənalı dəstək ilə bağlı təşəkkürünü ifadə edən nazir, Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd edib.

Ceyhun Bayramov Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırıb.

Baş katib Bağdad Amreyev səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edib. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkənin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Baş katib Bağdad Amreyev Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini təsdiq edərək, bu kimi tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsi və beləliklə də bu ərazilərdə əhalinin yenidən normal həyatının bərpa edilməsinə dəstək olduğunu qeyd edib.

Tərəflər, həmçinin Türk Şurasının qarşıdan gələn zirvə görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki