Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 356 $▼0.89%
  • Ethereum2 338 $▼1.93%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Siyasət

Ceyhun Bayramovla Filip Riker arasında görüş olub

image-bayram

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşü baş tutub.

Busaat.az  xəbər verir ki, qarşı tərəfi salamlayan nazir Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan  Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.

Nazir Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və s. barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul