ABŞ-ın keçmiş lideri Donald Tramp prezident seçkilərində qalib gəlsə, Pekin və Vaşinqton arasında münasibətlər pisləşə bilər.
Busaat.az xəbər verir ki, bu barədə Çin Xalq Siyasi Məsləhət Şurasının daimi üzvü Jia Qingquo bildirib.
O qeyd edib ki, Tramp vəzifəyə gələrsə, ikitərəfli münasibətlərdə daha çox qeyri-müəyyənliklər olacaq.
J.Qingquo Baydenin yanaşmasını sərt olsa da, daha proqnozlaşdırıla bilən olaraq xarakterizə edib.