Çin Belarusun ŞƏT-ə daxil olmasını dəstəkləyir
Çin Belarusun sürətlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləyir.
Busaat.az xəbər verir ki, bunu iki ölkənin liderləri Aleksandr Lukaşenko və Si Tsipin çərşənbə günü Pekində apardıqları danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.
“Çin Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi daxil olmasını dəstəkləyir”, – BELTA xəbər agentliyi iki ölkə arasında yeni şəraitdə hərtərəfli strateji tərəfdaşlığın nümunəvi əlaqələrinin daha da inkişafı haqqında bildirib.
Bildirilib ki, ölkələr ŞƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi çoxtərəfli təşkilatlar çərçivəsində hərtərəfli əməkdaşlığı davam etdirəcəklər.
“Belarus və Çin BMT Nizamnaməsinin əsas müddəalarını pozan istənilən alternativ beynəlxalq qaydaları və mexanizmləri qətiyyətlə pisləyir”, – deyə bəyanatla qeyd edilib.
Bəyanatda, həmçinin qeyd olunub ki, Belarus Çinin bütün bəşəriyyətə təklif etdiyi sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlıq kimi ümumi dəyərləri dəstəkləyir.
Qeyd edək ki, Lukaşenko fevralın 28-dən martın 2-dək Çində səfərdədir.





