
Çin iqtisadiyyatı 3,9% artıb

Çin iqtisadiyyatında 2022-ci ilin üçüncü rübündə illik 3,9% artım qeydə alınıb.
Busaat.az xəbər verir ki, Milli Statistika Bürosunun (UIB) məlumatına görə, İyul-sentyabr aylarında Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 87 trilyon yuana (təxminən 12 trilyon dollar) çatıb.
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Çin üçün 2022-ci il üçün artım proqnozlarını 3,2 və 2,8 faizə endirsə də, Çin bu gözləntilərdən daha çox artım əldə edib.
Ancaq şəhərlərdə işsizlik səviyyəsi avqustda 5,3 faizdən sentyabrda 5,5 faizə yüksəlib. 16-24 yaş qrupunda işsizlik səviyyəsi avqustda 18,7 faizdən sentyabrda 17,9 faizə düşüb. İyulda ölkədə gənclər arasında işsizlik rekord səviyyəyə - 19,9 faizə çatıb.
Qeyd edək ki, Çin Covid-19-a qarşı "sıfır hal" strategiyasını həyata keçirir. Strategiya karantin, səyahət məhdudiyyətləri, kütləvi sınaqlar və istehsal, ticarət və xidmət sektorlarında müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması kimi ciddi və geniş tədbirləri əhatə edir.
Qeyd edək ki, sözügedən tədbirlər həyatın normal axarına mane olmaqla yanaşı, həm də iqtisadi xərclərə səbəb olması baxımından müzakirələrə səbəb olub.
Busaat.az























