Çin Şanxayda BBC jurnalistinin döyülməsi ilə bağlı ifadələrinə görə Böyük Britaniyaya etiraz edib

image-cin-ingilterebackend

Pekin Şanxayda döyüldüyü iddia edilən BBC jurnalisti ilə bağlı Böyük Britaniyanın tələsik ifadələrinə görə Britaniya hökumətinə ciddi etiraz edib.

Busaat.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib.

“Böyük Britaniyanın məsələ ilə bağlı açıqlamaları faktları təhrif edir və biz bunları Çinin daxili siyasətinə açıq-aşkar müdaxilə kimi qiymətləndiririk, buna görə də qəti etiraz edirik” – deyə, diplomat qeyd edib.

Çinli diplomat qeyd edib ki, polis jurnalistdən izdihamlı ərazini tərk etməsini xahiş edib. Ancaq BBC jurnalisti bundan imtina edib və həmçinin hüquq-mühafizə orqanlarına onun media işçisi olduğunu bildirməyib: “Polis onun şəxsiyyətini müəyyənləşdirməyə başladı, bu, standart prosedurdur”.

Zhaonun sözlərinə görə, Çin polisi “tam qanuna uyğun hərəkət edib”. Xarici İşlər Nazirliyinin sözçüsü BBC-nin jurnalistin döyülməsi ilə bağlı xəbərini də yalan adlandırıb: “Əslində, bu, Çinə böhdan atmaqdan başqa bir şey deyil”.

“Birləşmiş Krallıq faktlara hörmət etməli, daha ehtiyatlı bəyanatlar verməli və ikili standartlara əl atmağı dayandırmalıdır” – deyə, çinli diplomat sözlərini yekunlaşdırıb.

Şanxay hadisəsi
Britaniyanın Daxili İşlər naziri Ceyms Klaverli bəyan edib ki, Çin söz azadlığına və insanların etiraz etmək hüququna hörmət etməlidir. O, həmçinin BBC-nin əməkdaşı Ed Lawrence-in Şanxayda həbs edilib döyülməsi ilə bağlı xəbəri şərh edərək deyib: “Jurnalistlər qorxusuz şəkildə öz işlərini göməlidirlər”.

Honq-Konqda yerləşən South China Morning Post qəzeti həftə sonu Çinin bir neçə şəhərində davam edən koronavirus məhdudiyyətlərinə qarşı nümayişlərin keçirildiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90