Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 302 $▼0.58%
  • Ethereum2 328 $▼1.15%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

"Çin-Türkiyə strateji əməkdaşlığı irəliləyir" - Səfir

image-saoblin

Çinin Türkiyədəki səfiri Liu Şaobin Çin və Türkiyənin dünyada və bölgədə əhəmiyyətli təsirə malik olduğunu ifadə edərək, iki ölkə arasında strateji əməkdaşlıq əlaqələrinin daim irəlilədiyini bildirib.

Busaat.az xəbər verir ki, Liu Şaobin ABŞ-nin təşkil etdiyi “Demokratiya Zirvəsi”ni “qütbləşdirici addım və qarşıdurma” adlandıraraq, Türkiyənin dəvət olunmadığı sammitin ABŞ rəhbərliyinin “reaktiv hegemonluğunu saxlamaq” məqsədi ilə təşkil edildiyini irəli sürüb.

Şaobin deyib: “Bir ölkənin demokratik olub-olmamasına yalnız o ölkənin xalqı qərar verir. Ölçüsü xalqın iştirakı, məmnunluq və qazanc hissi olub-olmaması ilə müəyyən edilməlidir”.

Şaobin, Çin və Türkiyənin dünyada və bölgədə əhəmiyyətli təsirə malik olduğunu ifadə edərək əlavə edib: “Çin olaraq biz ikitərəfli əlaqələrə uzunmüddətli və strateji perspektivdən baxırıq. Ümid edirəm ki, Çin və Türkiyə əlaqələri böyük ölçüdə inkişaf edəcək. Həm regional və qlobal sülhə, həm də ikitərəfli sahələrdə konkret inkişaflara nail olmaq üçün töhfələr tapılacaq”.

Şaobin bildirib ki, son illərdə iki ölkənin dövlət liderlərinin birgə rəhbərliyi altında Çin və Türkiyə arasında strateji əməkdaşlıq əlaqələri daim irəliləyir.

Şaobin deyib: “Qarşılıqlı hörmət, fayda və qazanc-qazanc prinsiplərini dərinləşdirmək, siyasi etimadı artırmaq, əməkdaşlıq potensialını dərinləşdirmək, inkişaf strategiyalarının, xüsusən də “Bir kəmər və bir yol” təşəbbüsünün Orta Dəhlizlə bir-birinə bağlılığını gücləndirmək planlaşdırılan birgə inkişafı daha da asanlaşdıraq. Biz bunu bu şəkildə həyata keçirməyə və iki ölkə xalqlarının xoşbəxt həyat sürməsini təmin etməyə hazırıq”.

Şaobin, həmçinin qeyd edib: “Çin və Türkiyə beynəlxalq nizamın daha ədalətli və rasional istiqamətdə inkişafını sürətləndirmək, beynəlxalq münasibətlərin demokratikləşməsini inkişaf etdirmək, qlobal idarəçiliyin daha ədalətli və rasional istiqamətdə inkişafını dəstəkləmək üçün əməkdaşlıq etməlidirlər”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul