Çində torpaq sürüşməsi: 21 ölü
Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Sian şəhəri yaxınlığında torpaq sürüşməsi baş verib.
Busaat.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Bürosu məlumat yayıb.
Xarici mənbə xəbər verir ki, cümə günü gecə saatlarında başlayan qəfil daşqın nəticəsində şəhərin qərbindəki magistral sürüşmə nəticəsində zədələnib.
Təbii fəlakət səbəbilə 900 evin elektrik enerjisi kəsilib.
Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, 6 nəfər itkin düşüb. Axtarışlar davam edir.
İyul ayından bəri Çinin şimal əyalətləri Doksuri və Khanun tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.
Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.





