Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.81 $▼1.42%
  • WTI neft96.27 $▼0.83%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.903 $▲0.66%
  • Gümüş49.59 $▼0.01%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 435 $▲0.99%
  • Ethereum2 282 $▲1.44%
  • S&P 5007 562▲0.25%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Çingiz Abdullayevin qardaşı qızı: “Bizə düşmən lazım deyil”

image-rfaa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rahat olduq, həqiqətən. Düşmən lazım deyil bizə. Bir insan Azərbaycanı dünyaya tanıtsın, onun üstünə təxribatçılar dayanmadan tökülsün. Jurnalistika oldu 90% sarı. Əgər belə sual yaranıbsa, jurnalist kimi istintaq aparıb, bütün materialları göstərməlisən ki belə sual verəsən. Amma yenə də təəssüf ki kitab oxumayan, ümumiyyətlə, öz dilində də yazıb, danışa bilməyən o qədər insan indi jurnalistikaya gəlib”.

Pravda.az-ın xəbərinə görə, bunu Xalq yazıçısı Çingiz Abdullayevin qardaşı qızı, şairə Zəhra Bədəlbəyli bildirib.

“Rahat olduq! Çünki bir insanı hirslədib, onun sözünə digər bir sətiraltı məna veririk… Qılınca çevrilib, onun böyüklüyünü qırmağa bir saniyədə razıyıq. Onda düşmənə heç bir gərək yox. Rahatıq biz. Çünki yazanların əksəriyyəti də nə mütaliə etməyə, nə həqiqətən öz ölkəsi üçün mühüm addım atmağa hazırdır. Amma bunu edən birisini tapdalamağa hazırdır. Rahat olduq… Elə bildik ki, ancaq tanınmış şəxslər səhv edə bilər. Ona görə də rahatcasına onları söyüb, onlara çox pis sözlər yazmağa özümüzü güclü saydıq. Rahat olduq… Məmurlardan belə söz soruşa bilmərik axı, amma həssas bir emosional dünyaca tanınan yazıçıya çox rahat verə bilərik bu sualı. Bu jurnalistə tövsiyəm odur ki, öz xalqına həqiqətən bir dəstək olmaq istəyirsə, korrupsiya ilə mübarizə üçün bir assosiasiya yaratsın, bütün belə jurnalistləri bir araya gətirib, jurnalistik istintaqlar aparsınlar. Yox əgər bunu edə bilmirsə, digərlərin göstərişi ilə Xalq Yazıçının üstünə cummasın. Rahat olan dost-tanışa isə arzulayıram ki, onlar heç vaxt heç bir provokasiyanın qurbanı olmasın. Heç vaxt emosional olmasınlar. Heç vaxt həyasız adamlara rast gəlməsin, gəlsə, əgər o adamın yanında təəccübdən özünü itirməsin. Hamıya ancaq və ancaq uğurlar. Bu uğurların yarısın isə ölkəmiz, xalqımız üçün faydalı olsun həmişə”, – o qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88783