Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri İlham Əliyevə təbrik məktubu göndərib

image-img_5720backend

İsraildə fəaliyyət göstərən “Sholumi” Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan Prezident İlham Əliyevi təbrik edib.

Busaat.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Sholumi” Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlmiş səylərin rəmzinə çevrilib.

Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir. İsrail ilə Azərbaycanın dostluğu təkcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır.

Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudiləri özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər. Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xatirəni qürurla yaşadırıq. Bu səmimi münasibətlər indi də davam edir və əminik ki, daha da güclənəcəkdir.

“Sholumi” Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır. Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq.

Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmçinin bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki