Məzmuna keç
  • Brent neft110.05 $▲0.08%
  • WTI neft100.67 $▼0.17%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.926 $▲0.86%
  • Qızıl3 921 $▲0.25%
  • Gümüş50.36 $▲0.56%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda602.50 ¢▲0.04%
  • Bitcoin78 074 $▼0.19%
  • Ethereum2 283 $▲0.47%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Daha 95 nəfər Ağalıya yola salındı - FOTOLAR

image-dk
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

Busaat.az AzərTac-a istinadən xəbər verir ki, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 17 ailə – 95 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar.

Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşan ailələrin sayı 150, yəni 744 nəfərə çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları-şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma yolu ilə aparılıb. Püşkatma oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126102