Daha bir futbolçu AVRO-2024-ü buraxacaq

image-65024710-3499-30bf-948f-2d68d5a58810_850jpg-1717825244backend

Polşa millisinin futbolçusu Arkadiuş Milik bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq.

Busaat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mixal Probej məlumat verib.

Ukraynaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında xəsarət alan 30 yaşlı hücumçu zədə səbəbindən turnirdə iştirak etməyəcək.

Forvard başa çatan mövsümdə İtaliyanın “Yuventus” klubunun heyətində 36 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Polşa yığması 14 iyun – 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün D qrupunda Niderland, Avstriya və Fransa milliləri ilə üz-üzə gələcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki