Daha bir keşiş cinsi istismara görə həbs edildi

image-rahibbackend

Polşada Sebastyan M. adlı keşiş cinsi istismara görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə keşişin zərərçəkmiş qadına 150 min zloti (32 min avro) məbləğində təzminat ödəməsinə qərar verib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu qərarı Polşanın Siedlce Rayon Məhkəməsi qəbul edib.

Məhkəmənin qəbul etdiyi ittiham aktına görə, Siedlce şəhərində kilsədə çalışan keşiş Sebastian M. 2017-ci ilin oktyabr ayında kilsə icmasından olan qadına cinsi təcavüz edib.

Keşiş 5 ay ərzində qadına qarşı cinsi zorakılığı davam etdirib, zor tətbiq edib, onun haqqında mənfi şayiələr yaymaqla hədələyib.

Bu vəziyyətə dözə bilməyən, adı açıqlanmayan qadın keşişin tabe olduğu yeparxiyaya müraciət edib. Yeparxiya vəziyyəti prokurorluğa çatdırıb.

Siedlce Rayon Prokurorluğunun başlatdığı araşdırmadan sonra keşiş barəsində cinsi zorakılıq maddəsi ilə iddia qaldırılıb.

Sebastian M. məhkəmə zamanı ona qarşı irəli sürülən ittihamları rədd edib. Lakin Siedlce Rayon Məhkəməsi 10 aylıq məhkəmə araşdırmasından sonra toplanan dəlillər əsasında cinsi zorakılıq cinayətinin sübuta yetirildiyinə qərar verərək Sebastian M.-i 5 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə, həmçinin keşişin zərərçəkmiş qadına 150 min zloti təzminat ödəməsi barədə qərar çıxarıb və ona 5 il müddətinə qadınla ünsiyyətə qadağa qoyub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90