Daim inkişafda olan Azərbaycan

backend

Dövlətimizin günü-gündən inkişafı danılmazdır.Ölkə prezidentimiz-İlham Əliyev sayəsində çiçəklənmə dövrünü yaşayır desək yalan olmaz.Azərbaycan hər zaman uğurlu və inkişaf dolu dövrlərini yaşamışdır və yaşamaqda davam
edir.Bu gün Azərbaycan islahatlar aparan ölkədir.Məhz bu islahatlar nəticəsində bizim ata-baba torpaqlarımız bədnam qonşulardan təmizləndi.Azərbaycanın günü-gündən inkişafı bu gün dünyanın bir çox ölkələrində heyranlıqla
qarşılanır.Dövlətimizin qüsursuz iqtisadiyyatı hər kəs tərəfindən bəllidir.Dövlətimizin günü gündən artan gözəlliyi və ölkənin hər bir yerində yer alan ecazkar tikililər, möhtəşəm əsərlər və binalar, bunların hamısı Azərbaycanın necə modern bir ölkə olduğunu sübut edir. Azərbaycan Respublikası sadəcə mədəniyyət cəhətdən yox, bütün vacib məsələlərdə öz inkişafını davam etdirir və başqa ölkələrdən çox yaxşı mənada fərqlənir. Günümüzdə Azərbaycan kimsədən asılı olmayaraq müstəqil siyasət aparır.Ölkənin siyasi və iqtisadi cəhətdən göstərmiş olduğu inkişaf hərkəsin
nəzərini cəlb edir. Ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının, Avropa Şurasının,İslam Əməkdaşlıq Təşkilatının,GUAM-ın, Türk Şurası və bunun kimi bir çox vacib proqramların üzvüdür. Azərbaycan və Ermənistan arasında uzun illərdir dəvam edən sərt və şiddətli konfliktin nəhayət son tapması,eyni zamanda ədalətli bir şəkildə nəticələnməsi ölkənin gücünün sübutudur. Bütün dünya ölkələrinin çox yaxından və maraqla izləmiş olduğu, qarışmaq istəyib sonlandırmağa çalışdığı İkinci Qarabağ Müharibəsində Azərbaycan Respublikası azad və başqa ölkələrin təsiri altında olmadığını sübut etmişdir. Ölkənin qısa müddətdə əldə etdiyi qələbədə əlbəttə ki, hərbi gücün, xalq birliyinin və hərbi vasitələrin gücü böyük rol oynamışdır. Ən son texnikalardan istifadə edilən müharibədə qarşı tərəf SSR dövründən qalan, lazımsız, köhnə silahlardan istifadə etmişdir, atmış olduqları partladıcı qurğular dəfələrlə yararsız olduğunu partlamayaraq göstərmişdir. Bunu nümunə gətirmək belə,ordumuzun,hərbi texnikalarımızın necə möhtəşəm güc sahibi olduğunu sübut edir. Bunların hamısı Azərbaycanın daim inkişafda olduğunu və olacağının göstəricisidir.Bütün dünya Azərbaycanın gücünü görməkdədir.Hər gün bir az daha müstəqilləşən Azərbaycan artıq dünyanın ən operativ ölkələrinin belə maraq dairəsindədir.Azərbaycan,Azərbaycan,Azərbaycan.. Bu adı demək
olarki,coğrafi baxımdan bizə ən uzaq ölkələr belə tanıyır,bilir. Biz fəxr və qürur hissi ilə artıq deyə bilərik ki,ölkəmiz inkişafın və müstəqilliyin ən uca zirvəsindədir.Artıq Azərbaycan toxunulmazlığını və öz fərqini ortaya
qoydu.Buna sübut 44 günlük müharibədə əldə olunan 30 illik həsrətin sonu.Bu hansısa dastandan götürülmüş bir əfsanə deyil..Bu Azərbaycanın əfsanəsidi,bu Ali baş Komandamızın və rəşadətli ordumuzun gücüdü.Bəli,bu
dastandı..Azərbaycan 44 günlük müharibədə dillərə dastan olacaq gücünü ortaya
qoydu.Xalqımız dəmir yumruq kimi birləşdi. Azərbaycanın quruluşu, ərazi böyüklüyü, artmaqda olan əhali sayı mütləq bir güc və ehtişam göstəricisidir. Ehtişam…ölkəmizi bir sözlə ifadə etsəm bəlkədə elə bu sözdən istifadə edərdim… Çünkü Azərbaycan ehtişamın sadəcə söz olmadığın sübut edir. Ehtişam sözünün bütün mənasını özündə qürurla cəmləyir. Ölkə haqqında danışmaq lazımdırsa idarə etmə formasını mütləq dilə gətirmək lazımdır. Prezident tərəfindən idarə edilən Azərbaycan Respublikası olduqca yaxşı bir səviyyədədir. Prezident İlham Əliyev əlindən gələni etmiş,ölkəni
tibb,təhsil, mədəniyyət,ordu baxımından demək olar ki,son səviyyəyə çatdırmışdır. Ölkə üzərində edilən xidmətləri danılmaz olan liderimiz bütün dünya üzərində uzaqgörən və olduqca savadlı bir lider kimi tanınır. Bunuda
mütləq dilə gətirməliyik ki, Azərbaycan Avropa Şurasında böyük şəhər bələdiyyəsi olmayan yeganə güclü dövlətdir. Güclü dövlət dedim,bəli. Hər ölkəyə güclü və yaxud modern demək olmaz. Çünkü bunların əksi olan,ordu,təhsil,tibb və daha bir çox sahələrdə uğursuz olan ölkələr var. Belə ölkələr az deyil. Dünya üzərində Azərbaycan isə “zəif” sözünü
sonuna qədər rədd etmiş, “güclü” sözünün haqqını isə sonuna kimi vermişdir. Hər ölkə kimi Azərbaycanda bir çox problem yaşamışdır ancaq bu problemlər ölkəmizin məhv olmasına,yox olmasına səbəb olabilərdi. Hansıki, bu paxıl və
qısqanc ölkələr tərəfindən vətənimizə edilən böyük oyunlar və sözün əsl mənasıyla tələlər idi. Ancaq vətənimizin güclü liderləri, sarsılmaz gücü və xalqın vahidliyi bir çox bəlanı uğurla dəf etmişdir. Mən inanıram ki,əsrlər boyu
vahidliyini və gücünü qoruyan bu xalq hər zaman dövlətinə sadiq qalacaq,bu sədaqət sayəsində ölkəmiz çox daha yaxşı günlərə şahid olacaqdır. Daha əvvəl bəhs etdiyim kimi,Azərbaycan mədəniyyət cəhətdən olduqca inkişaf
etmiş bir ölkədir. Turizm baxımından inkişaf edən Azərbaycana hər il dəfələrlə turist axın edir. BƏƏ, Rusiya, Türkiyə,ABŞ, Yunanıstan,Çin, Yaponiya,Hindistan və daha bir çox ölkənin xalqı turist kimi ölkəmizə gəlir və buranın möhtəşəm gözəlliyi qarşısında heyran olurlar. Nəticədə turistlərin səsləndirdiyi fikirlər isə qürur vericidir. Onlar Azərbaycanın digər ölkələrdən hər baxımdan müsbət cəhətdən fərqləndiyini, ölkənin modern binalarına və turistik yerlərinə heyran olduqlarını, xalqın necə qonaqpərvər olduğunu dəfələrlə dilə gətirir. Azərbaycanın ecazkar bir ölkə olduğunu söyləyirlər. Belə ecazkar ölkənin səbəbi isə bəllidir.Səbəb ölkəmizin lideri-İlham Əliyevin möhtəşəm siyasəti və gördüyü işlərdir.Azərbaycanın bütün bölgələri öz gözəllikləri ilə turistləri özlərinə cəlb edirlər.Artıq işğaldan azad olunmuş ərazilərdə prezidentimiz-İlham Əliyev sayəsində işlər görülür.Bunların hamsı daha gözəl Azərbaycan üçündür.
Bütün bunlar qarşısında hər bir Azərbaycanlı tək bir söz deyə bilər. Hansıki Ulu Öndərimiz Heydər Əliyev uzun illər bundan öncə o fikri dilə gətirmişdir. “Mən həmişə fəxr etmişəm, elə indidə fəxr edirəm ki, Mən Azərbaycanlıyam.”
Azərbaycan, sən xalqınla güclüsən! Azərbaycan xalqın səninlə güclüdür! Belə
bir zamanda dillərdə tək bir nida səslənir
“Daim,daim irəli Azərbaycan!”

Məhluqə Salmanova
Nəsimi rayon gənci

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki