Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdirilib.
Busaat.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda məlumat verib.
O bildirib ki, Xalq artisti Ağadadaş Ağayevlə birlikdə xanəndənin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər: “Hazırda xanəndə həyatla mücadilə aparır, ayağı qanqrena olub. Vəziyyəti kritikdir. Allahdan ümid heç vaxt üzülməz”.