Dəhşətli  cinayət: Qonaq getdiyi evdə uşaqları öldürdü – FOTObackend

ABŞ-ın Florida ştatında bir şəxs qonaq getdiyi evdə uşaqları qətlə yetirib.

Busaat.az  xəbər verir ki, 30 yaşlı Mark Uilson qonaq getdiyi evdə gecələyib.

Gecə yarısı valideynlər yatan zaman o, uşaq otağına girib, yatan on iki və on dörd yaşlı qardaşlara çəkiclə zərbələr endirib. Sonra isə onları bıçaqlayaraq öldürüb və hadisə yerindən qaçıb.

Səhər uşaqların meyitini anaları görüb.

Bir neçə gün polisdən gizlənən cinayətkar anasının yanın gələndə həbs edilib.

Qətlin səbəbləri məlum deyil. Uilsonun narkotik maddə aludəçisi olduğu bildirlir.

Ştatın prokuroru qeyd edib ki, bu hadisə onun 40 illik təcrübəsində ən qəddarıdır. Uilsonu ölüm cəzası gözləyir.