Dəhşətli cinayətin VİDEOSU YAYILDI

image-1186248backend

Türkiyənin  Antalya şəhərində  polis məmuru 36 yaşlı  Erdal Vuran   mübahisə etdiyi həmkarı 60 yaşlı  İsmayıl Kanmazı 7 bıçaq zərbəsi ilə öldürüb.

Busaat.az  Türkiyə  mediasına  istinadən  xəbər  verir  ki, hadisə saat 13.30 radələrində Muratpaşa məhəlləsi, Meydankavağı Məhəlləsi, Şehitler küçəsində baş verib.

Erdal Vuran çörək bıçağı ilə İsmayıl Kanmazın bel və boyun nahiyəsinə 7 bıçaq zərbəsi vurub.

Ətrafdakılar hadisəyə müdaxilə edib və 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. İlkin tibbi yardımdan sonra gələn həkim briqadası İsmayıl Kanmazı təcili yardım maşını ilə xəstəxanaya aparıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq Kanmazı xilas etmək mümkün olmayıb.

Hadisə anının  videosunu təqdim  edirik:Oxu24.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90