Dəhşətli qəzada ölən qadının kimliyi müəyyənləşdi – VİDEO

image-hadisenargileeeebackend

Dünən saat 11 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yolu keçərkən “KİA” markalı avtomobillə vurulan, nəticədə həyatını itirən qadının şəxsiyyəti müəyyənləşib.

Busaat.az xəbər verir ki, həmin qadının paytaxt sakini, 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovna olması məlum olub.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90