“Dəmir yumruğun ardından Osmanlı tokatı gələ bilər” – Deputat

image-demiryumruqbackend

“Ermənistan, Azərbaycan və Rusiya Federasiyası Müdafiə nazirləri arasında üçlü görüşmənin nəticələri çox əhəmiyyətlidir”.

Busaat.az xəbər verir ki, bunu Ermənistan və havadarlarının Azərbaycana qarşı yürütdüyü siyasəti dəyərləndirən deputat Fazil Mustafa deyib.

O, bildirib ki, erməni mediasına görə Avropa Şurası Parlament Assambleyasında 2020-ci ilin sentyabr ayında Qarabağda guya Azərbaycanın başlatdığı 44 günlük savaşın humanitar nəticələrini mövzu olaraq ələ alan xüsusi bir hesabat yayınlanması düşünülür. Sənədin gerçəkləri olduğu kimi əks etdirməsi, Azərbaycanın işğal olunmuş ərazilərini beynəlxalq hüquqa uyğun olaraq azad etməsi kimi məqamların xüsusi olaraq vurğulanması, 30 ildə baş verən erməni terrorunun yüzminlərlə insanın həyat faciəsinə çevrilməsi kimi məqamlarla yanaşı bu hesabatın başlığına da ayrıca diqqət yetirilməlidir:

“Hər halda erməni mediası bunu “Azərbaycanın başlatdığı savaş” kimi təqdim edirsə, demək ki, narahatçılığa əsas var. Biz bu adı “Ermənistanın atəşkəsi pozaraq mövqelərimizə atəş açmasından sonra Azərbaycan tərəfi əks-hücuma keçərək düşməni geri çəklməyə məcbur etmişdir” formasına yazdırmaqda israrçı olmalıyıq.

Maraqlıdır ki, ABŞ-ın Ermənistan Büyük elçisi Lynne Tracy, Gegharkunik inzibati bölgəsinə etdiyi ziyarət zamanı “ABŞ-ın sərhəd müəyynələşdirmə çalışmalarında gücdən istifadəni rədd etdiyini” vurğulayıb. Ancaq hörmətli səfir burada bir nüansa qeyd etməyi unudub. 30 ildir erməni həmin gücü Azərbaycanın ABŞ-ın özü tərəfindən tanınmış ərazilərində istifadə edib, indi ərazilərimizdən qovulduğuna görə az da olsa gücdən istifadə imkanı məhz sərhəd zolağında qalıb. Səfirimiz narahat olmasın, elə edəcəyik ki, istifadə etməyə ümumiyyətlə güc qalmasın, o halda barış özlüyündən təmin olunacaq. Bir yandan da ABŞ Xarici işlər nazirliyi Ermənistan və ya Dağlıq Qarabağa ediləcək səyahətlər üçün Ermənistanda artan COVID-19 yoluxmalarının və Qarabağdakı həssas hərbi durum səbəbiylə ABŞ vətəndaşlarının sağlığı və yaşamı için ciddi risklər doğurduğunu açıqlayıb. Hələ də bunların Azərbaycanın ərazi bütövlüyünə qarşı küstah davranışları davam etməkdədir. Ermənistanı Dağlıq Qarabağsız təsəvvür etmək istəmirlər. Saxtakar həriflər, artıq yavaş-yavaş sərhəddin o tayından boylandıqca bu ifadələri də unudacaqsınız.

Bu ikiüzlü Fransanın çoxsifətli Ermənistan büyük elçisi Jonathan Lacôte: “Ümumiyyətlə məqsədimiz gələcəkdəki bir savaşa hazırlanmak deyil, savaşdan çəkinməkdir” deyir. Ardınca da həmin büyük elçi, Dağlıq Qarabağ məsələsinin çözümü və statusunun müəyyənləşməsi ilə bağlı müzakirələrin yenidən başlanmasına çağırır. Yəni savaşdan çəkindirməyə çağırış hara, çözüm və status hara? Bu səfir deyəsən Makrondan başqa kimsəni oxumur, dinləmir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ötən ilki savaş zamanı Dağlıq Qarabağ məsələsini çözdüğünü və Ermənistan ilə bölgənin statusu haqqında görüşməyəcəyini dəfələrlə bəyan edib. Fikrimcə, bir məsələni ölkə prezidenti məhz fransızlarla müzakirə edə bilər. Ancaq aşağıdakı başlıq altında: Marseldə Dağlıq Qarabağ adında bir bölgə yaradılır və Qarabağdakı ermənilər təmtəraqla ora köçürülürlər. Əşyalarının ora daşınması xərcini biz öz üzərimizə götürə bilərik, təki ermənilər fransız xalqı ilə birlikdə kef eləsinlər!

Bu arada Moskvada Ermənistan, Azərbaycan və Rusiya Federasiyası Müdafiə nazirləri arasında üçlü görüşmənin nəticələri də çox əhəmiyyətlidir. Bunları həm də qorxudan TBMM Başqanının 28 İyulda verdiyi açıqlamadır. Hörmətli Mustafa Şəntop; “Türkiyə və Azərbaycanın ortaq bir ordu yarada biləcəyini” söyləmişdi. İndi oturub qara-qara düşünmələri lazım ki, dəmir yumruğun ardından Osmanlı tokatı gələ bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90