Deputat: Məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsinə ehtiyac var

image-images-3-jpeg-1747985503backend

Məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsinə ehtiyac var.

Busaat.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnarə Akimova məktəblərdə psixoloqların işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, kimya, biologiya və fizika müəllimləri psixologiya fənnini tədris etməməlidir.

Onun sözlərinə görə, hazırda məktəblərdə mütaliəsiz nəsil yetişir:

“Bu, böyük problemə çevrilməkdədir. Mən çıxışlarımda daim ədəbiyyat sahəsinə marağın artırılması barədə çağırışlar edirəm. Lakin dərs yükü şagirdlərə mütaliə üçün imkan vermir. Bizim zəngin mədəniyyət ənənələrimiz var və onların zəifləməsinə yol verməməliyik. Bu məsələ inzibati deyil, strategiya məsələsidir,” – deyə Elnarə Akimova bildirib.

Parlamentin sədri Sahibə Qafarova da millət vəkilinin fikirlərinə dəstək verərək əlavə edib ki, hər bir müəllim özü də psixoloq rolunu oynamalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki