Deputatlar Baydenin ifadəsinə etiraz edirlər

image-meclis-1backend

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Busaat.az xəbər verir ki, spiker Sahibə Qafarova əvvəlcə iclasda Amerika prezidenti tərəfindən dilə gətirilən saxta “erməni soyqırımı” məsələsinə toxunub.

Spiker bildirib ki, Xocalı faciəsi kimi real soyqırıma göz yumanların saxta erməni soyqırımı haqda iddialar səsləndirməsi təəssüf doğurur: “Soyqırım faktını məhkəmə müəyyən etməlidir. Doğu Perinçekin Avropa Məhkəməsində qaldırdığı iddiada da məhkəmə müəyyən edib ki, soyqırım faktı olmayıb. Türkiyə hökuməti Osmanlı arxivini açıb. Arzu edənləri bu sənədlərlə tanış olmağa dəvət edib. Erməni tarixçilər bu məsələyə diqqət göstərməyib. Azərbaycan dövləti heç şübhəsiz ki Türkiyənin yanındadır. Həm Prezident İlham Əliyev Türkiyə Prezidentiylə telefon danışığında, həm də Xarici İşlər Nazirliyi bəyanatında Türkiyənin yanında olmağı bəyan edib”.

Deputat Zahid Oruc çıxışında qeyd edib ki, Amerika prezidentinin açıqlaması Ermənistanın faydasına deyil: “Bu açıqlama Ermənistanı regiondan ayırır, sülh prosesinə ziyan vurur. Ağ Ev siyasi şantajla məşğuldur. 10 noyabr bəyanatında imzası olmayan ölkənin səfiri ötən həftə Zəngəzura gəlib. Ermənilər başsız qalıblar. Ermənilər milyonlarla sayda azalıblar. Bu gedişlə 2050-ci ildə kiminsə kölgəsində yaşamaqla onların sayları 1 milyon qalacaq”.

Deputat Azər Badamov bildirib ki, Amerika kimi böyük dövlət ermənilərin əlində oyuncağa çevrilib: “Bu günə kimi saxta soyqırım ifadəsini işlətmirdilər. Çünki bilirlər ki, yalandır. Bu, tarixi səhvdir. ABŞ prezidenti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı dilə gətirmir”.

Deputat Soltan Məmmədov isə çıxışında Fransa senatının sədrinin Ermənistana səfəri zamanı etdiyi çıxışlara münasibət bildirib. O qeyd edib ki, Fransa senatının sədrinin aprelin 24-də Ermənistanda olarkən etdiyi qərəzli çıxışı Azərbaycanda narazılıq doğurub: “Bu cür addımların tərəfdaş hesab etdiyimiz dövlətlər tərəfindən atılması bizi narahat edir. Bu cür vəziyyət Azərbaycan xalqının Fransaya olan kövrək etimadını daha da azaldır. Azərbaycan haqlı olaraq ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədən balanslaşdırılmış və ədalətli mövqe gözləyir”.

Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfəri bir sıra dövlətlər ümumiyyətlə qəbul etmək istəmirlər: “Fransa Senatının sədrinin açıqlamaları buna nümunədir. Fransa dövləti müharibədə olduğu kimi bundan sonra da xislətindən əl çəkən deyil. Onlar belə murdar əməllərini həyata keçirməkdə davam edəcəklər. Bayden də səhv edərək saxta soyqırım ifadəsini işlətdi”.

Deputat Cavid Osmanov çıxışında qeyd edib ki, ölkə prezidenti BMT-nin sessiyasındakı çıxışında Azərbaycan həqiqətlərini dünyaya bir daha çatdırdı: “Ölkə başçısı dünən işğaldan azad olan torpaqlara növbəti tarixi səfərini etdi. Bir daha dünyaya erməni vəhşiliklərini nümayiş etdirdi. Elə bütün bunlar Fransa və amerikalı siyasətçilərin qondarma erməni soyqırımına cavab idi. 1915- ci il hadisələrini siyasətçilər deyil, tarixçilər müəyyənləşdirməlidir. Görünür, bununla qardaş Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Ancaq ölkə başçısı Türkiyənin yanında olduğunu bir daha Prezident Ərdoğanla danışığında ifadə etdi”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90