“Difai” ilə “Zaqatala” arasında tanışlıq görüşü keçirildi – FOTOREPORTAJ

image-344794875_568432011828995_3485178692475239223_nbackend

Zaqatalada yeni futbol tədbiri keçirilib.

I Divizionda mübarizə aparan «Zaqatala» ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş «Ulu Öndər» Kuboku yarışında iştirakıyla əlaqədar yeni yaradılmış «Difai» (Zaqatala) bir araya gəlib.

Görüş yerli Olimpiya Kompleksinin stadionunda baş tutub. Tədbirdə heyətində müharibə iştirakçıları və qaziləri olan «Difai»FK-nın rəhbərliyi də iştirak edib.

Klubun prezidenti Asəf Məlikov «Difai»nin adı, yaradılış məqsədi və gələcək planları barədə məlumat verib.

O, Vətən müharibəsində ermənilərə qarşı döyüşmüş gənclərə, qazilərə idmanda da özlərini göstərmək üçün «Difai»ni ərsəyə gətirdiklərini bildirib.

Vurğulayıb ki, növbəti mövsüm I Divizionda çıxış etmək niyyəti ilə AFFA-ya müraciət ünvanlayıb və əgər federasiya onların bu istəyinə müsbət yanaşarsa, ev oyunlarını regionların birində keçirəcəklər.

A.Məlikov «Zaqatala» rəhbərliyinə bu qonaqpərvərliyə görə bir dapha öz minnətdarlığını dilə gətirib və klub adından öz hədiyyələrini təqdim edib.

Məlumat üçün bildirək ki, “Difai” FK rəhbərliyi bundan öncə “Difai” (Şuşa) komandası və “Qarabağ”la görüş keçirib.

Həmçinin “Difai” (Xankəndi) ilə “Turan Tovuz” arasında belə bir toplantı təşkil olunub.

344794875 568432011828995 3485178692475239223 n344737881 948322553253143 824626883594937411 n343598878 155788284128500 7145347301086271612 n342786107 544124484335536 6582303623834403796 n342743369 762362168702349 3187355984929700848 n342729566 567397035529766 4524007272787413386 n342712493 890725915327575 8734616234990876855 n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki