Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Gündəm

Dilimiz milli sərvətimizdir

Dilimiz milli sərvətimizdir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir. Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yolları araşdırılarkən beləbir fakt aşkarlanır ki, İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov və digərsöz sənəti nümayəndələri məhz doğma Azərbaycan dili zəminində yüksəlmişlər. Onlarınyaradıcılığı isə Azərbaycan dilinin böyük ifadə imkanlarına gözəl nümunədir. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl abidəsi “Kitabi-Dədə Qorqud” dastanlarıdır. Azərbaycan dili dünya dilləri içərisində öz gözəlliyi, öz avazı ilə seçilən, uzaq tariximizibu gün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir. Hər şey ana dilindənbaşlayır və o, ana südü qədər müqəddəsdir. Ulu öndər hər sahənin bilicisi idi, onun ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliliyi, obrazlılığı, fikrin çoxşaxəliliyi, üzmimikasından tutmuş, əl-qol jestlərinə qədər hər bir şeyin doğru–dürüstlüyü insanı heyranqoyurdu. Heydər Əliyev həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz onun verdiyifərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. Onun ana dilinə qayğısısistemli xarakter daşıyırdı və o, Azərbaycan dilinin qorunub saxlanması, onunzənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004–cü ildə latınəlifbasında kitabların nəşri ilə bağlı sərəncam imzalandı və bu sahədə işlər davametdirilməkdədir. Prezidentin özünün ana dilində etdiyi səviyyəli çıxışlar isə dili bilməyənrəhbər işçilərə şəxsi nümunədir. Onun son dövrlərdə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqındaAzərbaycan Respublikasının Qanunu”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsihaqqında” fərman dövlət başçısının ana dilimizə qayğısının təzahürüdür. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yadünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər anadilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq…   Ahu Səlimova
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=38126