DİM abituriyentlərə müraciət etdi

DİM abituriyentlərə müraciət etdibackend

18 sentyabr saat 10:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14 627, II ixtisas qrupu üzrə 9 862, III ixtisas qrupu üzrə 14 554, IV ixtisas qrupları üzrə isə 3 604 olmaqla, ümumilikdə 42 647 elektron ərizə təsdiq olunub. Bu barədə Busaat.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır və hələlik 16 199 ərizə təsdiq olunub. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

İxtisas seçiminin sonuna 2 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

DİM abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90