DİN-in məşhur generalı dünyasını dəyişdi

DİN-in məşhur generalı dünyasını dəyişdibackend
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkiniski vəfat edib.
 
Busaat.az xəbər verir ki, 59 yaşlı generalın səhhətində problemlər varmış.
Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.
1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90