Məzmuna keç
  • Brent neft106.31 $▼3.35%
  • WTI neft97.27 $▼3.48%
  • Avropa qazı (TTF)95.26 €▼8.35%
  • Təbii qaz (ABŞ)2.956 $▲1.69%
  • Qızıl3 972 $▲1.58%
  • Gümüş51.01 $▲1.84%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda606.50 ¢▲0.62%
  • Bitcoin77 792 $▼0.55%
  • Ethereum2 288 $▲0.71%
  • S&P 5007 624▲0.57%
17°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Kriminal

Direktor büdcədən 26 min mənimsəyibmiş

image-vezife14
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov mənimsəmədə təqsirləndirilir.

Busaat.az rayon prokurorluğuna istinadən xəbər verir ki, A.Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=138040