Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 422 $▼0.81%
  • Ethereum2 341 $▼1.84%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

Dövlət əmlakını oğurlayan şəxslər saxlanıldı – Fotolar

image-fdgg

Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmiş Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə saxlanılıb.

Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

image-hhhh image-jh

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul