Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.86 $▲3.49%
  • WTI neft90.22 $▲4.11%
  • Avropa qazı (TTF)89.87 €▲5.69%
  • Təbii qaz (ABŞ)2.966 $▲1.16%
  • Qızıl4 132 $▼0.42%
  • Gümüş52.81 $▼0.55%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda600.50 ¢▲0.13%
  • Bitcoin75 896 $▼5.64%
  • Ethereum2 252 $▼7.02%
  • S&P 5007 428▼3.39%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Gündəm

Dövlət gənclər siyasətinin uğurları

image-fb_img_1738488828377
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan gəncləri hər zaman dövlətin diqqət mərkəzində olmuş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsaslı gənclər siyasəti formalaşdırılmışdır. Ümummilli liderin “Xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin əsas fəlsəfəsini təşkil edir. Məhz bu yanaşma əsasında ölkəmizdə gənclərin inkişafı üçün mühüm addımlar atılmış, möhkəm təməllər qurulmuşdur.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlət siyasətində gənclər prioritet sahələrdən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının təşkili, Azərbaycan gənclərinin xaricdə təhsil almasına dəstək və ali məktəblərə yüksək bal toplayan tələbələrə “Prezident təqaüdü”nün təsis edilməsi bu siyasətin mühüm elementlərindən olmuşdur. Xüsusilə 2 fevral 1997-ci ildə Gənclər Gününün təsis edilməsi bu sahədə görülən işlərin zirvəsi kimi qiymətləndirilir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçısının təşəbbüsü ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun yaradılması və gənclər üçün Prezident mükafatlarının təsis edilməsi, bu siyasətin davamlılığını və əhəmiyyətini göstərir. Gənclər evlərinin açılması, könüllülük hərəkatının genişləndirilməsi və müxtəlif dövlət proqramlarının təsdiqi gənclərin təhsildə, mədəniyyət və idmanda inkişafı üçün geniş imkanlar yaratmışdır.

2020-ci ildə Vətən müharibəsində Azərbaycan gəncləri böyük qəhrəmanlıq nümunəsi göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Gənclərin informasiya müharibəsində və sosial şəbəkələrdə fəal iştirakı Azərbaycanın haqq işini dünyaya çatdırmaqda əvəzolunmaz rol oynamışdır.

Eyni zamanda, 2024-cü ildə həyata keçirilən layihələr və tədbirlər göstərir ki, Azərbaycan gəncləri ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına töhfə verməkdə davam edir. Lənkəranın 2024-cü il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan olunması və burada keçirilən tədbirlər gənclərin kreativliyini və sosial fəallığını daha da stimullaşdırır. Həmçinin gənclərimizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində fəal iştirakı diqqətəlayiqdir.

Azərbaycan gəncləri bu gün özlərinə güvənən, dünyəvi prosesləri izləyən, milli-mənəvi dəyərlərə bağlı bir nəsil kimi formalaşmaqdadır. Gənclər siyasətinə xüsusi diqqət göstərən dövlətimiz, gənclərin inkişafı və onların potensialının reallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Dövlətin sizə göstərdiyi dəstək və qayğıdan bəhrələnərək ölkəmizi daha da inkişaf etdirmək, müstəqilliyimizi qorumaq və Azərbaycanı dünya arenasında layiqincə təmsil etmək sizin əsas vəzifənizdir. Bayramınız mübarək əziz gənclər!

Ülvi Quliyev

Milli Məclisin deputatı

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157664