Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.35 $▼5.13%
  • WTI neft96.23 $▼4.51%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.871 $▼1.24%
  • Qızıl3 956 $▲1.18%
  • Gümüş50.72 $▲1.26%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 953 $▼1.63%
  • Ethereum2 251 $▼0.90%
  • S&P 5007 574▼0.09%
14°Bakı
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674

"Dövlətdən yardım lazım deyil, onun yardımı işləməyə imkan yaratmasıdır" - İqtisadçı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İcazə verilən fəaliyyət sahələrinin məhdudlaşdırılması pandemiya dövründə bitəhər ayaqda qalmış sahibkarlıq subyektlərinin sıradan çıxmasına səbəb olacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri 5 iyul tarixindən etibarən bəzi sahələrdə iş icazələrinin ləğvinə münasibət bildirən iqtisadçı Samir Əliyev bildirib.

Sözügedən icazələrin ləğvinin səhv qərar olduğunu vurğulayan iqtisadçıya görə, bu addım problemi həll etmək əvəzinə, onu kökündən ləğv etməyə bənzəyir:

“Ona görə səhvdir ki, yenidən qeydiyyat icazələr portalının qısamüddətli dövr ərzindən yüklənməsinə gətirib çıxarır və xeyli sahibkar və ya muzdlu kənarda qalır. Digər tərəfdən icazə verilən fəaliyyət sahələrinin məhdudlaşdırılması pandemiya dövründə birtəhər ayaqda qalmış sahibkarlıq subyektlərinin sıradan çıxmasına səbəb olacaq. Elə fəaliyyət sahələri var ki, indiki dövrdə onların işləməsi yoluxmanı şərtləndirmir, həm özlərinin sosial təminatını qorumaq, həm də dövlət büdcəsinə çətin bir dövrdə vergi və sosial ödənişləri ödəmək baxımından vacibdir.

Bizim işimiz iqtisadi sahədə araşdırmalar aparmaq, konsaltinq xidməti göstərməkdir. İnsanlarla gündəlik təmasımız məhduddur. Bizə sadəcə hərəkət azadlığı lazımdır. Kənardan müəyyən monitorinqlər, müşahidələr, qiymətləndirmələr aparmaq, fərdi görüşlər keçirmək, müzakirələr aparmaq və s. bizim işimizin əsasını təşkil edir. Bizə dövlətdən yardım lazım deyil, onun yardımı işləməyə imkan yaratmasıdır”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=12301