Əgər döyüşlər Şuşa yaxınlığında gedirsə, o zaman mən erməni ordusu üçün hansısa perspektiv görmürəm.
Busaat.az axar.az-a istinadən xəbər verir ki, bunu “Qraparak” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. O, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında gücsüz olduğunu deyib. Xramçixin artıq ermənilərin müharibəni uduzduğunu bildirib:
“Üstəlik, bütün ərazilər, Qarabağın özü itirilib. Qarabağın artıq İranla sərhədi yoxdur”