DSX Akademiyasında kadr dəyişikliyi – Yeni rəis təyin edildi

image-img_4907backend

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

Busaat.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Əldə etdiyimiz məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki