Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.
Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.
Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.