Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.15 $▲4.23%
  • WTI neft88.24 $▲3.48%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▲1.32%
  • Qızıl3 884 $▼2.42%
  • Gümüş50.16 $▼2.47%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.00 ¢▼1.91%
  • Bitcoin71 877 $▼2.77%
  • Ethereum2 020 $▼1.64%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İlham Əliyev

Prezident bu qanunu təsdiqlədi

image-387098
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyevin Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib.

Busaat.az xəbər verir ki, yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Sənədə əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170509