Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.23 $▲4.32%
  • WTI neft88.31 $▲3.57%
  • Avropa qazı (TTF)93.71 €▲7.44%
  • Təbii qaz (ABŞ)3.343 $▲2.29%
  • Qızıl3 877 $▼2.60%
  • Gümüş49.94 $▼2.90%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda592.00 ¢▼1.58%
  • Bitcoin71 853 $▼2.81%
  • Ethereum2 016 $▼1.87%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Mədəniyyət

Arif İsmayılıov vəfat etdi - FOTO

image-1639987262_vefat-a
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan ədəbiyyatının təmkinli və səmimi səsi, öz yaradıcılığı ilə milli ruhu və vətən sevgisini qələmə alan şair, yazıçı və publisist Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) vəfat edib.

Busaat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, o, ötən gün 86 yaşında dünyasını dəyişib.

1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində anadan olan Arif Əbdüloğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış, universitet qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. İlk şeirləri 1960-cı ildə xalq şairi Bəxtiyar Vahabzadənin tərtib etdiyi “Aprel çiçəkləri” almanaxında çap olunmuşdur. 1963-cü ildə Zaqatalada çıxan rayonlararası “Qırmızı bayraq” qəzetində işə başlamış, sonrakı illərdə “Sovet kəndi”, “Həyat” qəzetlərində çalışmışdır. Arif Əbdüloğlu Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı, cənab Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur. Uzun illər mətbuatda jurnalist kimi çalışan Arif Əbdüloğlu həm poeziya, həm də publisistika sahəsində özünəməxsus iz qoymuşdur.

Onun yaradıcılığında vətənə, doğma torpağa bağlılıq, milli dəyərlərə hörmət, insan duyğularının sadə və dərin təzahürləri əsas yer tutur. Xalqın gündəlik həyatını, Azərbaycanın tarixini və ənənələrini şeir və nəsr nümunələrində sevgi və ehtiramla əks etdirən şair, milli ruhun daşıyıcılarından biri kimi ədəbi ictimaiyyətin hörmətini qazanmışdır.

Arif Əbdüloğlunun ədəbi irsində oçerklər, publisistik yazılarla yanaşı, poetik nümunələr də mühüm yer tutur. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmış, xüsusilə Vətən müharibəsi mövzusu, xalq qəhrəmanlarının igidliyi poetik duyğularla tərənnüm edilmişdir.

Onun yaradıcılığı sadə, anlaşıqlı dili ilə yanaşı, insanlıq, vətənpərvərlik və səmimiyyətin harmoniyasını əks etdirir. Arif Əbdüloğlu yalnız şair deyil, həm də xalqın səsi, milli-mənəvi dəyərlərin qoruyucusu kimi ədəbiyyat tarixində öz layiqli yerini tutmuşdur.

Azərbaycan ədəbi ictimaiyyəti böyük bir ziyalısını itirmişdir. Arif Əbdüloğlu həm təvazökar insan, həm də ustad sənətkar kimi yaddaşlarda qalacaq. Onun qələmi Azərbaycan ədəbiyyatında uzun müddət yaşayan, əbədi yaşanan səmimiyyət və vətən sevgisi simvolu olaraq qalacaqdır.

Allah rəhmət eləsin.

image-1755678499_250305-arif-ebduloglu-metbuat-surasi-resad-mecid-qizil-qelem-3

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170534