Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.15 $▲4.23%
  • WTI neft88.24 $▲3.48%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▲1.32%
  • Qızıl3 884 $▼2.42%
  • Gümüş50.16 $▼2.47%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.00 ¢▼1.91%
  • Bitcoin71 877 $▼2.77%
  • Ethereum2 020 $▼1.64%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Mədəniyyət

Məmməd İsmayıl vəfat etdi - FOTO

image-1687244898_vefat-tabut
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şair Məmməd İsmayıl vəfat edib.

Bu barədə “Report”a şairin dostu Ehtiram İlham məlumat verib.

Bildirilib ki, Məmməd İsmayıl öz vəsiyyətinə uyğun olaraq sabah doğulduğu Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

1966–1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə “C. Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.

Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə bir neçə gün öncə xəstəxanalardan birinə yerləşdirilən şair vəfat edənə qədər orada müalicə alıb.

image-cbf377f2-cb9e-3380-98c6-3528e793b16d_850

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170511