“Dubayda gəlinlik seçəndə Rza ayrılıq mesajı yazdı” – Günel

image-bbbbackend

Müğənni Günel Zeynalova ilk dəfə uzun müddətdir Türkiyə gündəmini zəbt edən keçmiş nişanlısı Rza Zərrab və həmkarı Ebru Gündeşin boşanmasından danışıb.

Busaat.az  xəbər verir ki, sənətçi bu barədə “Dəyişən cavab” proqramında açıqlama verib.

“Susmaq intiqamın ən gözəlidir. Hər kəs öz evinin qarşısını təmizləsin. İnsan yaşatdığını yaşayır. İllər əvvəl olan səs yazısını ortaya çıxarıblar. İndi ağlınıza gəldi? O vaxt dəstək olmayanlar indi dəstək olmağa başlayıb.

Bir gün biri dedi, mənə sevginin, xəyanətin acısını anlat. Cavab verdim ki, bu acı nə bibər acısıdır, nə başqa bir şey… Onun acısını anlatmaq olmaz”, – deyə Zeynalova bildirib.

Aparıcı Anar Ağakişiyevin “Nə vaxtsa o xanımı (Ebru Gündeş- red.) bağışlayarsan? Onun atası öləndə başsağlığı verdin” sözlərinə ifaçı “Hər kəsi bağışlamışam. Sabah bu həyatda nə olacağını bilmirik. Bu, mənim insanlığımdır. Ata-anaya qarşı çox həssasam”- deyə cavab verib.

Günel Dubayda gəlinlik paltarını seçərkən Rzanın ona ayrılıq mesajı yazması barədə verilən sualı təsdiqləyib:

“Bizim münasibətdə maddiyat rol oynamırdı. Bəziləri deyir, sonradan görmüş! Elə deyildi. Dubayda idim, gəlinliyimi belə geyinmişdim, mesaj yazdı ki, ayrılaq. Amma sonrakı peşmançılıq fayda verməz. Yəqin kişinin içinə şeytan girir, sonra xətasını anlayır. Bir həftə sonra xətasını anladı…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90