Məzmuna keç
  • Brent neft91.89 $▲0.50%
  • WTI neft86.37 $▲0.82%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.280 $▲2.09%
  • Qızıl4 025 $▼2.42%
  • Gümüş51.20 $▼3.85%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda595.75 ¢▲1.19%
  • Bitcoin73 203 $▼2.73%
  • Ethereum2 025 $▼5.02%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Dünya Bankı Türkiyəyə 600 milyon dollar ayırıb

image-doll
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünya Bankı Türkiyəni quraqlığa qarşı dəstəkləmək üçün 600 milyon dollar maliyyə dəstəyini təsdiqləyib.

Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, bu, bankın yaydığı açıqlamada yer alıb.

Açıqlamaya görə, Dünya Bankının İcraçı Direktorlar Şurası Türkiyənin artan daşqın və quraqlığa qarşı mübarizəsini gücləndirmək səylərini dəstəkləmək üçün 600 milyon ABŞ dolları məbləğində maliyyəni təsdiqləyib.

“Dünya Bankı təbii fəlakət riskinin idarə edilməsi, bələdiyyə infrastrukturu, su ehtiyatlarının idarə edilməsi, mənzil və sağlamlıq sahələrində Türkiyənin etibarlı tərəfdaşıdır. Türkiyə iqlim dəyişikliyinə qarşı addım atmağın vacibliyini getdikcə daha çox dərk edir. Dünya Bankı 2053-cü ilə qədər Türkiyə xalqını və iqtisadiyyatını qorumağa dəstək verməyə qərarlıdır. Türkiyənin iqlimlə bağlı risklərə qarşı davamlılığını təmin etmək üçün genişmiqyaslı səylərini dəstəkləməkdən məmnunuq” – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Dünya Bankının ayırdığı vəsaitə daşqınlara qarşı mübarizə infrastrukturunun tikintisi və bərpasına əsaslanan həllərin pilot tətbiqi daxildir. Bu tədbirlər Şimali Egey, Şərqi Qara dəniz, Kızılırmak, Böyük Menderes, Qərbi Aralıq dənizi, Şərqi Aralıq dənizi və Qərbi Qara dənizdə 7 çay hövzəsində həyata keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=141464