Dünya şöhrətli bəstəkar vəfat etdibackend

Məşhur italyan bəstəkarı Ennio Morrikone vəfat edib.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı “Corriere della Sera” nəşri paylaşıb. Məşhur bəstəkar 91 yaşında həyatla vidalaşıb.

Morrikone 500-dən çox filmə musiqi yazıb, eyni zamanda 100-dən çox müstəqil əsər yaradıb. Bir çox nüfuzlu mükafatların, o cümlədən “Oskar” və “Qızıl Qlobus” film mükafatlarının sahibidir.