Dünyaca məşhur şirkət Azərbaycan Dəmir Yollarını məhkəməyə verdi

image-tia_b0e7c6da7f0333e21f30203139ac8480_6o7niemqf5a40xwl3pvb-640x336backend

Azərbaycan Dəmir Yolları QSC ilə bağlı Azərbaycanda və dünyada olduqca məşhur olan şirkət məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları ilə bağlı iddianı tanınmış qoruyucu brend vasitələrin satışını həyata keçirən, həmçinin inşaat və tikinti sektorunu işçi uniformaları və alətləri ilə təmin edən “Oil Supply” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn iddialar üzrə mübahisədir. Azərbaycan Dəmir Yolları alqı-satqı müqaviləsini pozub.

İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 18 oktyabr tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, Azərbaycan Dəmir Yolları ilə bağlı qarşıdakı 30 gün ərzində məhkəmələrdə 53 işə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki