Dünyada 400-dən çox jurnalist “COVID-19”-un qurbanı olub

Dünyada 400-dən çox jurnalist “COVID-19”-un qurbanı olubbackend

Dünyada 400-dən çox jurnalist koronavirus infeksiyasının qurbanı olub.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov bildirib.

“400-dən çox həmkarımız ölüb. Və bu virus təkcə ölkəmizdə deyil, dünyada bütün media sənayesinə ciddi bir zərbə vurub, – deyə V. Solovyov vurğulayıb.

Solovyovun sözlərinə görə, jurnalistlər artıq yeni şəraitdə necə işləməyi öyrəniblər. O, növbəti bir neçə ayın çətin olacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu günə qədər dünyada 46 milyon 856 min 468 nəfər “COVID-19”a yoluxub, 1 milyon 205 min 745 nəfər vəfat edib.

33 milyon 772 min 990 nəfər isə xəstəlikdən sağalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki