Dünyada bir ilk! İkili periskop kameralı telefon gəlir!

image-oppossbackend

Gələn il satışa çıxarılacaq OPPO Find X7 Pro kamera dizaynı ilə gündəmə gəlib.

Busaat.az xəbər verir ki, gələn il çıxması gözlənilən Oppo Find X7 Pro ikili periskop kamera dizaynı ilə təəccübləndirəcək. OPPO Find X7 Pro-nun şəkilləri Çinin sosial media platforması Weibo -də paylaşıldı. Görüntüdə telefonun kamerasının çıxması görənləri təəccübləndirib. Telefonun kamerasına baxdığınız zaman səkkizbucaqlıya bənzəyən çıxıntı görəcəksiniz.

İddialara görə Find X7 Pro-da periskop kamera sistemi Sony IMX890 və Sony IMX858 ilə gələcək. Bu kameralar həmçinin 2.7x və 6x optik böyütmə dəstəyi ilə təchiz ediləcək. Modelin əsas kamerası da 50 Meqapiksel olacağı güman edilir.

image-oppos2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki