Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötdübackend

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb.

Busaat.az-ın məlumatına görə, son sutka ərzində 33 673 nəfərin yoluxması qeydə alınıb.

Yoluxma sayına görə ABŞ (1,5 milyon nəfər), Rusiya (308 705 nəfər) və İspaniya (278 803 nəfər) liderlik edir.

Ümumilikdə bu günədək 5 016 610 nəfər koronavirusa yoluxub, 325 543 nəfər ölüb, 1 979 490 nəfər isə sağalıb.