Dünyanın daha bir bahalı maşını onlar üçün hazırlandı – Foto

image-beycebackend

Dünyaca məşhur avtomobil istehsalçısı “Rolls-Royce”un təqdim etdiyi “Boat Tail” modeli özəl olaraq müğənni Beyonse və repçi əri Cey Z üçün hazırlanıb.

Busaat.az xəbər verir ki, cütlük sözügedən maşını sifariş vermək üçün 20 milyon funt sterlinq (təxminən 50 milyon manat) xərcləyib.

Beyonse və Cey avtomobilin 9 yaşlı qızları Blue Ivy-nin istəyinə uyğun olaraq mavi rəngdə hazırlanmasını istəyiblər.

Qeyd edək ki, sahibi üçün xüsusi hazırlanmış maşın qiyməti ilə 2019-cu ildə 11,5 milyon sterlinqə satılan “La Voiture Noir” modelini geridə qoyub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki