Dünyanın yeni düzəni necə olacaq? – Financial Times-in məqaləsi

image-1backend
image-ad_qayo_720x110px

Dünya, əlbəttə ki, neoliberalizm və neokonservatizm haqqında eşitmişdi. Amma indi biz, deyəsən, neo-imperializm dövrünə qədəm qoyuruq. Busaat.az xəbər verir ki, bu barədə  Financial Times yazır. Məqalədə qeyd olunur ki, Donald Trampın keçən ay andiçmə mərasimindəki çıxışında belə bir hissə olub: ABŞ özünü yenidən sərvətini artıran və ərazisini genişləndirən bir ölkə kimi görməyə başlamalıdır. Bəzilərinin isə bu cür ritorikanın ritorika olaraq qalacağına olan ümidləri tezliklə puça çıxacaq, çünki ABŞ prezidenti onun fikrincə, Amerikaya aid olmalı olan ərazilər: Qrenlandiya, Panama kanalı və Kanada ABŞ-ın 51-ci ştatına çevrilməli olan ərazilər haqqında çox tez-tez və əminliklə danışır. Keçən həftə o, Amerikanın Qəzza zolağı ilə bağlı ambisiyalarını açıqladı. Bu cür ərazi ambisiyaları hətta onun tərəfdarları arasında çaşqınlıq yaradıb. Lakin Trampın bu aqressivliyi də istisna deyil.

Digər dünya liderləri, o cümlədən Vladimir Putin və Si Cinpin öz ölkələrinin ərazisinin genişləndirilməsinə milli məqsəd kimi baxırlar. Rusiyadakı rəsmi dairələr çox vaxt Rusiya-Ukrayna münaqişəsinə milli təhlükəsizlik zəminində haqq qazandırırlar. Bununla belə, Putin birbaşa bəyan edir ki, Ukrayna kimliyi olan ölkə deyil, “rus dünyasının bir hissəsidir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir dəfə demişdi ki, Putin Ukrayna müharibəsinə başlamazdan əvvəl üç tarixi şəxsiyyətin məsləhətinə əməl edib: İvan Qroznı, Böyük Pyotr və II Yekaterina. O, imperiyanın əraziləri üzərində Rusiyanın nəzarətini bərpa edən və qərbə doğru irəliləməyə davam edəcəyini istisna etməyən bir insan kimi tarixdə qalmağa çalışır.

Çin prezidenti Si Cinpin Tayvanı Çinin milli taleyinin və tarixi irsinin əsas elementi elan edib. O, bəyanatlarının birində sadəcə deyir ki, Tayvanın Çinin müqəddəs ərazisinin bir hissəsidir və birləşmə məsələsi nəsildən-nəslə ötürülə bilməz. Əgər o, Tayvanı Çinə qaytara bilsə, bu, onun böyük tarixi uğuru olacaq və o, ÇXR-in qurucusu Mao Tszedonqla bərabər olacaq.

Üstəlik, Trampın ərazi qazanmasında maraqlı olduğu bu yaxınlarda özünü büruzə verir. Onun komandası onun Qrenlandiya, Panama və Qəzza ilə bağlı bəyanatlarını sağlam düşüncə sahəsinə çatdırmağa çalışır. Putin məsələsində olduğu kimi, bu kontekstdə ciddi arqumentə çevrilən ilk məsələ milli təhlükəsizlikdir. Qrenlandiya qiymətli minerallarla zəngindir və Panamada Çinin təsiri artır. Qəzzaya və ya Kanadaya qarşı ambisiyaları izah etmək daha mürəkkəbdir. Əgər Trampın Kanada və ya Qəzza zolağı ilə bağlı ambisiyaları reallaşmayacaqsa, Danimarka və Panama daha həssasdır. Əgər ABŞ güc tətbiq etmək qərarına gəlsə, həm Danimarka, həm də Panama təbii olaraq müqavimət göstərə bilməyəcək.

Bütün bunların nəticəsi olaraq ABŞ, Rusiya və Çinin neoimperializm dövrü adlandırıla biləcək yeni dövrün və yeni dünyanın konturlarını cızdığını qeyd edə bilərik. Bu, kiçik dövlətlərin beynəlxalq hüququn müdafiəsinə arxalana bilməyəcəyi mövcud beynəlxalq sistemin son süqutu ilə əlamətdar olacaq. ABŞ Qərb yarımkürəsində, Rusiya Şərqi Avropada, Çin isə Şərqi Asiyada dominant olacaq. Tarixdə oxşar presedentlər olub. Bu kimi: 1884-85. Berlin konfransında böyük dövlətlər Afrikanı böldülər. Bununla belə, bu cür əməliyyatlar daha az səmərəli və daha az davamlı olur. Məhz bunların nəticəsidir ki, ümumilikdə iki dünya müharibəsi baş verdi. Bundan əlavə, imperiya ideologiyaları güclü lider obrazını tələb edir, onun ətrafında şəxsiyyətə pərəstiş formalaşacaq. Həmçinin, müxtəlif daxili repressiyalar, demokratiyanın rədd edilməsi getdikcə nəzərə çarpır. Putin və Si Cinpinq artıq bu yola düşüblər, Tramp, deyəsən, yenicə ayaq basıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki