EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozlarını yeniləyib

image-ebrdbackend

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 1,5 % artacağını proqnozlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə EBRD-nin “Regional İqtisadi Perspektivlər” hesabatında bildirilib.

Sənədə əsasən, bu, Bankın may ayındakı proqnozu ilə müqayisədə 1 faiz bəndi azdır.

EBRD gələn il isə Azərbaycanda real iqtisadi artımın 2,5 % olacağını gözləyir ki, bu da may ayındakı proqnoza nisbətən 0,2 faiz bəndi azdır.

Bank Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionunun isə iqtisadiyyatının bu il 1,9 % (proqnoz dəyişməyib), gələn il isə 3,1 % (0,2 faiz bəndi az) böyüyəcəyini bəyan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90