Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.60 $▼0.91%
  • WTI neft85.18 $▼0.57%
  • Avropa qazı (TTF)83.00 €▲0.81%
  • Təbii qaz (ABŞ)3.233 $▲0.62%
  • Qızıl4 104 $▼0.51%
  • Gümüş52.49 $▼1.42%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda592.00 ¢▲0.55%
  • Bitcoin74 246 $▼1.34%
  • Ethereum2 099 $▼1.57%
  • S&P 5007 550▲2.37%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

image-ebc32008-3f96-3109-bbba-66051c03b1f1_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Busaat.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

R.Cabbarlının cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101846