Eks prezidentin işinə baxan hakimin halı pisləşdi, təcili yardım ÇAĞIRILDI – FOTO

image-mehkeme-1backend

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun dövlətə xəyanət işi üzrə həbs-qətimkan tədbirinə baxan Kiyevin Peçerski Rayon Məhkəməsinin hakimi Aleksey Sokolovun halı pisləşib və ona təcili yardım çağırılıb.

Busaat.az  xəbər verir ki, bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.

Məlumata görə, hakimin təzyiqi yüksəlib. Bu, məhkəmə prosesi başa çatanda və hakim qərar qəbul etmək üçün müşavirə otağına daxil olanda baş verib.

image-poros

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90