Əli Əhmədova yeni vəzifə verildi

image-eliehmedov7-1backend

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının tərkibi və iş Qaydası təsdiqlənib.

KONKRET.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılıb.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının tərkibi aşağıdakı kimidir:

Koordinasiya Şurasının sədri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Koordinasiya Şurasının üzvləri:

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri

Notariat Palatasının İdarə Heyətinin sədri

Azərbaycan Banklar Assosiasiyasının prezidenti

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının İdarə Heyətinin sədri

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru.

Koordinasiya Şurası aşağıdakı funksiyaları yerinə yetirir:

– cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının

yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsinin həyata

keçirilməsi üçün zəruri metodologiyaların müəyyən edilməsi;

– ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi, bu məqsədlə ölkədaxili əlaqələndirmənin təmin edilməsi, işçi qrupların

yaradılması və onların fəaliyyətinə nəzarət edilməsi;

– ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə zəruri statistik və digər məlumatların əldə edilməsi, habelə

bu prosesdə aidiyyəti dövlət orqanları (qurumları) və özəl sektor nümayəndələri ilə müsahibə və görüşlərin təşkili üçün tədbirlərin

görülməsi;

– ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabatın hazırlanması və qəbulu, bu hesabatın ölkə risk qiymətləndirilməsinin

bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə göndərilməsinin təmin edilməsi;

– ölkə risk qiymətləndirilməsi nəticəsində aşkar olunmuş risklərin idarə edilməsi məqsədilə hədəflərin müəyyən edilməsi,

qısamüddətli hədəflərə münasibətdə zəruri tədbirlərin görülməsi, orta və uzunmüddətli hədəflərə münasibətdə müvafiq plan layihələrinin hazırlanması;

– ölkə risk qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş hədəflərə nail olunmasına cari nəzarətin həyata keçirilməsi və bu

barədə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik əsasda məlumat verilməsi;

– müvafiq sahədə fəaliyyət planlarının icrasına nəzarət edilməsi, aidiyyəti qurumlar tərəfindən təqdim edilən hesabatların

qəbulu və görülmüş işlərin icrasının mütəmadi qiymətləndirilməsi;

– müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların layihələrinin hazırlanması və

aidiyyəti üzrə təqdim edilməsi;

– müvafiq sahədə milli səviyyədə fəaliyyət effektivliyinin artırılması məqsədilə təkliflərin verilməsi, qərarların qəbul edilməsi və həmin qərarların icrasına nəzarətin həyata keçirilməsi;

– müvafiq sahədə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasına münasibətdə təqdim edilmiş tövsiyələrin

icrası üçün ölkədaxili əlaqələndirmənin təmin edilməsi və bu çərçivədə fəaliyyətlərin icrasına nəzarət edilməsi;

– müvafiq sahədə aidiyyəti qurumlar arasında ölkədaxili cari fəaliyyətin əlaqələndirilməsinin təmin edilməsi və bu məqsədlə

formalaşdırılmış əməkdaşlıq platformalarının fəaliyyətinə nəzarət edilməsi;

– öhdəlik daşıyan şəxslərin, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının

və aidiyyəti qeyri-kommersiya təşkilatlarının Koordinasiya Şurasının səlahiyyətlərinə aid edilmiş fəaliyyətlərə cəlb olunması üçün

tədbirlərin görülməsi. Koordinasiya Şurası yuxarıda nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə sistemli və

müntəzəm hesabatlılığı təşkil edir, habelə bu çərçivədə zəruri məlumatların daimi toplanmasına və yenilənməsinə nəzarət edir.

Koordinasiya Şurası nəzərdə tutulan funksiyaların həyata keçirilməsi üçün aşağıdakı hüquqları var:

– Koordinasiya Şurasında təmsil olunan qurumlara, öhdəlik daşıyan şəxslərə və Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə, həmçinin digər dövlət və qeyri-dövlət qurumlarına öz funksiyalarının icrası ilə əlaqədar zəruri məlumat və sənədlərin alınması üçün sorğuların göndərilməsi və arayışların əldə edilməsi;

– qəbul etdiyi qərarların, habelə müvafiq sahədə fəaliyyət planlarının icrasına dair hesabatlılıq formasının, prosedurunun və

qiymətləndirmə indikatorlarının müəyyən edilməsi;

– ölkə risk qiymətləndirilməsinə öhdəlik daşıyan şəxslərin və Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin cəlb

olunmasının təmin edilməsi;

– müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən öz fəaliyyət istiqamətləri üzrə aparılan strateji təhlillərə dair

məlumatların əldə edilməsi;

– nəzarət orqanlarından aparılmış nəzarət yoxlamalarının sayı, onların əhatə dairəsi, tətbiq edilən sanksiyaların sayı və xarakteri

barədə illik əsasda statistik məlumatların əldə edilməsi;

– fəaliyyətinin təşkili məqsədilə yerli və xarici ekspertlərin, mütəxəssislərin, beynəlxalq təşkilatların, elmi-tədqiqat müəssisə-

lərinin və ictimai birliklərin cəlb edilməsi;

– bu Qaydada nəzərdə tutulmuş qaydada qəbul edilmiş qərara əsasən Koordinasiya Şurasının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif verilməsi;

– Qanunla və bu Qayda ilə müəyyən edilmiş digər hüquqların həyata keçirilməsi.

Koordinasiya Şurasına rəhbərliyi onun sədri olan Azərbaycan Respublikası Baş nazirinin müavini həyata keçirir. Koordinasiya Şurasının üzvləri təmsil etdikləri qurumların səlahiyyətli nümayəndələri kimi çıxış edirlər. Koordinasiya Şurasının iclasları üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. Koordinasiya Şurasının üzvü iclasda iştirak edə bilmədikdə,

onu təmsil etdiyi qurumda bərabər səlahiyyətə malik olan digər şəxs əvəz edə bilər.

Koordinasiya Şurasının sədrinin səlahiyyətləri aşağıdakılardır:

– Koordinasiya Şurasının iclasına sədrlik edir;

– Koordinasiya Şurasının işini təşkil edir və ona nəzarət edir, fəaliyyətinə rəhbərliyi həyata keçirir;

– Koordinasiya Şurasının növbəti və növbədənkənar iclaslarını çağırır;

– Koordinasiya Şurasının iclaslarında qəbul edilən qərarları və protokolları imzalayır.

Koordinasiya Şurasının üzvlərinin səlahiyyətləri aşağıdakılardır:

– Koordinasiya Şurasının səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edir və Koordinasiya Şurasının iclasında

baxılması üçün təkliflər verirlər;

– Koordinasiya Şurasının iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

– Koordinasiya Şurası tərəfindən qəbul ediləcək qərar layihələrinə dair fikir bildirirlər;

– Koordinasiya Şurasının qərarları, iclas protokolları və digər sənədləri ilə tanış olurlar;

– Koordinasiya Şurası tərəfindən qəbul edilən qərarların icrasını təmsil etdikləri qurumlarda təmin edirlər.

Koordinasiya Şurasının iclasları 6 (altı) ayda bir dəfədən az olmayaraq keçirilir. Koordinasiya Şurasının növbəti iclaslarının çağırılması vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə üzv qurumlara və bu iclasda iştirakı nəzərdə tutulan digər şəxslərə iclasa ən geci 15 (on beş) gün qalmış məlumat verilir, zəruri materialların təqdim edilməsi təmin olunur.

Üzv qurumlar tərəfindən müvafiq sahədə fəaliyyət istiqamətləri üzrə yaranan sistem əhəmiyyətli çağırışların (müvafiq

sahədə yeni texnologiyalardan, davranış və ya biznes modellərinin tətbiqindən qaynaqlanan və ölkədə kriminogen mühitə, iqtisadi

sistemə və ümumilikdə ölkənin beynəlxalq imicinə xələl gətirə bilən proses və yeniliklər), habelə bu istiqamətdə zəruri fəaliyyətlərin

əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Koordinasiya Şurasının növbədənkənar iclasının keçirilməsi üçün Koordinasiya Şurasının sədrinə müraciət edilə bilər.

Koordinasiya Şurasının növbədənkənar iclaslarının keçirilməsinə dair əsaslandırılmış müraciət daxil olduqdan sonrakı

3 (üç) iş günü ərzində növbədənkənar iclasın təşkilinə dair Koordinasiya Şurasının sədri qərar qəbul edir. Növbədənkənar iclasın

təşkilinə dair qərar qəbul edildikdən sonra 3 (üç) iş günü ərzində Koordinasiya Şurasının iclası çağırılır, müzakirəyə çıxarılan məsələlər barədə Koordinasiya Şurasının üzvlərinə və bu iclasda iştirakı nəzərdə tutulan digər şəxslərə məlumat verilir.

Koordinasiya Şurasının növbəti və növbədənkənar iclaslarında üzv olmayan qurumların iştirakına dair müraciət edən üzv

qurumlar tərəfindən zəruri məlumat – iştirakın zərurəti barədə əsaslandırma Koordinasiya Şurasına təqdim edilir. Koordinasiya

Şurasının növbəti və növbədənkənar iclaslarında üzv olmayan qurumların iştirakı barədə qərar Koordinasiya Şurasının sədri

tərəfindən qəbul edilir.

Koordinasiya Şurasının iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul edilir. Koordinasiya Şurasının iclaslarının qərarları

açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur. Qərar qəbul edilərkən səslər bərabər olduqda

Koordinasiya Şurasının sədri həlledici səsə malikdir. Səsvermə zamanı xüsusi rəyi olan Şura üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edir. Koordinasiya Şurasının iclasında iştirak edən üzv olmayan şəxslər səsvermədə iştirak edə bilməzlər.

Koordinasiya Şurasının qərarları və iclas protokolları 2 (iki) iş günü müddətində Koordinasiya Şurasının Katibliyi tərəfindən hazırlanır. Qərar və iclas protokolları Koordinasiya Şurasının sədri tərəfindən imzalandıqdan sonra üzv qurumlara təqdim

edilir.

Koordinasiya Şurasının iclaslarında qəbul olunmuş qərarlar barədə məlumat Koordinasiya Şurasının sədrinin razılığı ilə

digər dövlət orqanlarına (qurumlarına) göndərilə və mediada dərc edilə bilər.

Koordinasiya Şurasının sədri hər il mayın 1-dək Koordinasiya Şurasının illik fəaliyyəti barədə məlumatı Azərbaycan

Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edir.

Koordinasiya Şurasının fəaliyyətinin təşkili Katiblik tərəfindən həyata keçirilir. Katibliyin funksiyası Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən yerinə yetirilir. Katibliyin rəhbəri və üzvləri Koordinasiya Şurasının qərarı

ilə təsdiq edilir.

Katiblik Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı aşağıdakı işləri həyata keçirir:

– Koordinasiya Şurasına daxil olan sorğuların cavablandırılmasını (zəruri hallarda bu sorğularla bağlı üzv qurumlara

müraciət ünvanlamaqla) və ya aidiyyəti üzrə göndərilməsini təmin edir;

– Koordinasiya Şurasının iclaslarının keçirilməsi və məsələlərin müzakirəyə hazırlanması işini təşkil edir;

– üzv qurumların Koordinasiya Şurasının fəaliyyətinə dair rəy və təkliflərini qəbul edir və onları Koordinasiya Şurasının sədrinə

təqdim edir;

– Koordinasiya Şurasının iclaslarının protokollarını və qərar layihələrini hazırlayır, Koordinasiya Şurasının sədrinə və üzv

qurumlara təqdim edir;

– Koordinasiya Şurasının qərarlarının icrasına nəzarət edir, habelə Koordinasiya Şurası tərəfindən yaradılmış işçi qrupların

fəaliyyəti üzrə hesabatları rüblük əsasda qəbul edir və bununla bağlı Koordinasiya Şurasının sədrini və üzvlərini məlumatlandırır;

– Koordinasiya Şurası tərəfindən qəbul edilən qərarların və müvafiq sahədə müəyyən edilmiş tədbirlərin icrası ilə bağlı

hesabatlılıq formasına və proseduruna dair təkliflər hazırlayaraq Koordinasiya Şurasına təqdim edir;

– ölkə risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar işçi qrupların formalaşdırılması ilə bağlı Koordinasiya

Şurasına təkliflər verir;

– Koordinasiya Şurası tərəfindən yaradılmış işçi qrupların fəaliyyətini əlaqələndirir;

– Koordinasiya Şurasının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Koordinasiya Şurasının sədrinin göstərişi əsasında

aidiyyəti dövlət orqanlarına (qurumlarına) zəruri məlumatların əldə edilməsi və digər müvafiq tədbirlərin görülməsi üçün Koordinasiya Şurasının adından müraciət edir;

– müvafiq sahədə fəaliyyət planları çərçivəsində icraçı qurumlar tərəfindən təqdim edilən hesabatlar üzrə zəruri

dəqiqləşdirmələrin aparılması məqsədilə əlavə məlumatlar əldə etmək üçün aidiyyəti qurumlara sorğu verir;

– Koordinasiya Şurasının fəaliyyəti ilə bağlı kargüzarlıq və arxiv işini həyata keçirir;

– Koordinasiya Şurası tərəfindən müəyyən edilən digər hüquq və vəzifələri yerinə yetirir.

Katiblik Koordinasiya Şurası və işçi qrupların fəaliyyətinin əlaqələndirilməsinə və Koordinasiya Şurası tərəfindən müəyyən

edilmiş hesabatlılığın təmin edilməsinə məsuldur. Katiblik işçi qruplar üzrə hesabatlılığı işçi qrupların rəhbərləri və əlaqələndirici şəxsləri vasitəsilə təmin edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90